Bakı Ali Neft Məktəbi reytinq göstəricilərinə görə liderdir
Bizi izləyin

Qırmızı.az

Bakı Ali Neft Məktəbi reytinq göstəricilərinə görə liderdir

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası “Abituriyent” jurnalının 2013-cü ilin 12-ci sayında “2013/2014-cü tədris ili üçün tələbə qəbulunun nəticələrinin elmi-statistik təhlili”ni dərc edib.

Təhlildə öz əksini tapmış məlumatlara görə ali təhsil müəssisələrinin reytinq göstəriciləri 1-ci onluqda aşağıdakı kimi olub.

Ali təhsil müəssisəsi

Reytinq

1.

Bakı Ali Neft Məktəbi

14250

2.

İnformasiya Texnologiyaları Universiteti

12506

3.

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası

8428

4.

Azərbaycan Tibb Universiteti

6039

5.

Azərbaycan Diplomatiya Akademiyası

3804

6.

“Qafqaz” Universiteti

3659

7.

Bakı Dövlət Universiteti

3601

8.

Azərbaycan Dillər Universiteti

3125

9.

Naxçıvan Dövlət Universiteti

2973

10.

Azərbaycan Dövlət Neft Akademiyası

2907

Göründüyü kimi Bakı Ali Neft Məktəbi özünün 2012-ci ildə əldə etdiyi liderlik mövqeyini yenə də qoruyub saxlayıb.

2013-cü ilin tələbə qəbulunun nəticələrinə görə, Bakı Ali Neft Məktəbində minimal keçid balı 634, “Neft-qaz mühəndisliyi” ixtisası üzrə orta bal 661, “Kimya mühəndisliyi” ixtisası üzrə 646, “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə 669 olmuşdur. 1-ci qrupda 600-dən çox bal toplamış 369 abiturientdən 121-i (32,79%-i) Bakı Ali Neft Məktəbinin ixtisaslarını seçiblər. Neft-qaz mühəndisliyi” ixtisası 1-ci qrup ixtisasları üzrə müsabiqədə birinci yerdə ən çox göstərilmiş ixtisas olub. Belə ki, azərbaycan bölməsində ixtisasa sənəd verənlərin ümumi sayının 58,75%-i, rus bölməsində isə 68,92%-i Bakı Ali Neft Məktəbinin bu ixtisasını birinci yerdə göstərib.

Bakı Ali Neft Məktəbinin uğurları Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin həyata keçirdiyi layihələrin perspektivləri, təhsil prosesinin mütərəqqi proqramlar və müasir texnologiyalar əsasında təşkili ilə bağlıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm