Bakı buz bağlayacaq
Bizi izləyin

Qırmızı.az

Bakı buz bağlayacaq

Soyuq hava şəraiti ilə bağlı xəbərdarlıq edildi

Yanvar ayının 30-dan başlayaraq həftənin sonunadək hava şəraitinin ölkə ərazisində gün-gündən kəskinləşəcəyi, şaxtalı olacağı, qar yağacağı, bəzi yerlərdə güclü olacağı gözlənilir. Bu barədə Publika.Az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Havanın temperaturunun Bakıda və Abşeron yarımadasında yanvarın 30-da axşam və yanvarın 31-də 1-3, fevralın 1-2-də gecə saatlarında 4-6, gündüz saatlarında 0-3 dərəcə şaxta olacağı gözlənilir. Qarlı havada şimal küləyinin güclənməsi ilə əlaqədar çovğun olacağı ehtimalı var. Yollar buz bağlayacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm