Əsgərlərin valideynləri ilə görüş keçirilib
Bizi izləyin

Qırmızı.az

Əsgərlərin valideynləri ilə görüş keçirilib

İyulun 20-də Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanı general-mayor Şahin Məmmədov "N" saylı hərbi hissədə gənc əsgərlərin valideynləri ilə görüşüb.

ANS PRESS-in məlumatına görə, Daxili Qoşunlarda hərbi xidmət, şəxsi heyət üçün yaradılmış şərait haqqında ümumi məlumatın verilməsi və valideynləri maraqlandıran sualların cavablandırılması məqsədilə keçirilən görüşdə general-mayor Ş.Məmmədov əvvəlcə ordu quruculuğundakı inkişafdan bəhs edib, dövlət tərəfindən hərbi qulluqçulara göstərilən diqqət və qayğıdan danışıb: " Bu gün Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının mаddi-tехniki, sоsiаl təminаtı üzrə mühüm işlər görülüb. Şəxsi heyətinin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə müasir standartlara cavab verən yaşayış komplekslərinin, yeni hərbi şəhərciklərin, əsgər kazarmalarının tikilib istifadəyə verilməsi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin hərbi qulluqçulara göstərdiyi diqqət və qayğısının nəticəsidir".

Sonra gənc əsgərlərin valideynlərinə Daxili Qoşunların qarşısında duran vəzifələr barədə məlumat verilib, valideynlərin xidmətlə bağlı verdikləri suallar cavablandırılıb, onların arzu və istəklərinin yerinə yetirilməsi istiqamətində konkret göstərişlər verilib, icrası mümkün olan məsələlər isə yerindəcə həllini tapıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm