Qırmızı.az
Gəlin, uşaqları qoruyaq ...
22 il əvvəl bu gün Azərbaycan BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyaya qoşulub. Konvensiyaya qoşulmaqla ölkəmiz uşaqların hüquqlarını müdafiə edəcəyinə dair öhdəlik götürüb. Əslində, bunun üçün öhdəlik götürməyə ehtiyac olmamalı idi.
Amma son illərin statistikası bu cür düşünməyə əsas verir.
Uşaqların çox vaxt ailədə zorakılığa məruz qalmasına misal olaraq
bir neçə il əvvəl döyülərək öldürülən 5 yaşlı Sevincin faciəsini
xatırlatmaq kifayətdir. Çox təəssüf ki, bu, sonuncu insident deyil.
İki gün əvvəl daha bir ata övladının canına qıyıb.
ANS TV-nin məlumatına görə, övlad qatilinə çevrilən şəxs 14 yaşlı
oğlunu 50 bıçaq zərbəsilə öldürub. Eşitmə və danışma qüsurlu olan
İbrahimin yalvarışlarına məhəl qoymayan və törətdiyi zorakılığı
soyuqqanlıqla danışan Eldəniz Məmmədovun bu hərəkətinin isə yalnız
bir adı var. Vəhşilik. Ümumiyyətlə son zamanlar uşaqların təcavüzə
və zorakılığa məruz qalmasının səbəbləri isə müxtəlifdir.
Uşaq hüquqları üzrə ekspert Dadaş Əhmədovun sözlərinə görə, digər
bir tərəfdən cinayət cəzasız qalır: “Nəzarət zəif olur. Dövlətin
daha güclü nəzarətinə insanların maariflənməsinə ehtiyac var.
Cəzalar sərtləşməli, zorakılığa məruz qalan şəxslərə dövlət
tərəfindən reablitasiya kursları keçilməlidir”.
Düzdür uşaq hüquqlarının qorunması istiqamətində qüvvədə olan
qanunlarımız var. Ölkəmiz müxtəlif konvensiyaya bir necə beynəlxalq
sənədə də qoşulub. Üzərinə götürdüyü öhdəliklərdə də açıq-aşkar
bildirilir ki, dövlət hər bir uşağın sağlam, normal yaşaması üçün
ən böyük müdafiəçidir. Lakin faktların ailələr tərəfindən çox zaman
gizli saxlanması, tam rəsmi statistika əldə etməyə də imkan vermir.
Elə buna görə də Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsi yeni elektron baza yaradır. Həmçinin məsuliyyətsiz
valideyinlərin ciddi cəzalandırılmasını nəzərdə tutan yeni
təkliflər paketi hökumətə təqdim edilib.
Bir çox dövlətlərdə məsələn, ABŞ, Avropa ölkələrinin bir çoxunda
uşaqlarla kobud davranmaya onlara təziqlər göstərməyə görə
valideyinlər sərt şəkildə cəzalandırılır. Hətta onlar cinayət
məsulliyətinə belə cəlb olunur. Ailə Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsi isə bu tələbləri yeni hazırlanacaq Uşaq
məcəlləsində daha sərt şəkildə təklif edəcək. Kömitə rəsmiləri
düşünür ki, yeni məcəllə uşaqların, həm hüquqi, həm də faktiki
təminatçısına çevrilə biləcək.
Hazırda dünyada hər 2 uşaqdan biri zorakılığa məruz qalır.
Araşdırmalara görə, insanların uşaq yaşlarında aldığı pisixoloji
travmalar daha sonralar şəxsi həyatları ilə yanaşı cəmiyyətə qarşı
mövqelərində də əks olunur. Bu problemlərdən qaçmaq üçün isə
gələcəyimizi indidən təminat altına alaq və uşaqları qoruyaq.
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirilir
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq