Məcburi köçkünlərə xəbərdarlıq edildi
Bizi izləyin

Qırmızı.az

Məcburi köçkünlərə xəbərdarlıq edildi

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi qaçqın və məcburi köçkünlərin yeni mənzillərə köçürülməsi prosesi zamanı baş vermiş bəzi dələduzluq halları ilə bağlı məlumat yayıb.

“Qafqazinfo” xəbər verir ki, Dövlət Komitəsinin mətbuat xidmətindən AzərTAc-a daxil olmuş məlumatda bildirilir ki, qaçqın və məcburi köçkünlərin sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması daim Azərbaycan Prezidentinin diqqət mərkəzində olub və bu sahədə iş uğurla davam edir. Belə ki, 2001-2013-cü illər ərzində 180 min qaçqın və məcburi köçkün yeni mənzillərə köçürülüb və bu proses xüsusi yaradılmış komissiyanın, həmçinin məcburi köçkünlərin özlərinin iştirakı ilə yüksək şəffaflıq şəraitində həyata keçirilib.

Məlumatda daha sonra deyilir: Təəssüflə qeyd edilməlidir ki, köçürülmə prosesi zamanı bəzi dələduzluq halları barədə komitəyə şifahi məlumatlar daxil olub. Komitə və hüquq mühafizə orqanları tərəfindən qurumla heç bir əlaqəsi olmayan həmin şəxslər müəyyənləşdirilib və onların barəsində ciddi tədbirlər görülüb. Qeyri-rəsmi məlumata görə, hazırda Bakı və Gəncə şəhərlərində bu cür dələduzluq hallarına cəhd olunur.

Dövlət Komitəsi bildirir ki, köçürülmə prosesi əvvəllər olduğu kimi, yenə şəffaf şəkildə həyata keçirilir və bütün mənfi halların qarşısı qətiyyətlə alınacaq. Məcburi köçkünlərə ciddi xəbərdarlıq edilir ki, dələduzluq hallarının iştirakçısı olan və ona qoşulan hər kəs cinayət məsuliyyətinə cəlb olunacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm