Qırmızı.az
Ermənilərin atəşə tutduğu Əlibəylidən Reportaj - FOTO/VİDEO
Ötən gün axşam səkkiz radələrindən başlayaraq düşmənin iriçaplı, işıqsaçan güllələri yenidən Əlibəyliyə tuşlanıb.
Publika.az xəbər verir ki, 5 saata yaxın davam edən atışmada kəndin iki sakini 17 yaşlı Fərid Məmmədov və 52 yaşlı Anya Ələkbərova yaralanıb.
17 yaşlı gəncin burnunun üstündən dəyən güllə çənəsindən çıxıb. Tovuz Mərkəzi Xəstəxanasına çatdırılan Fərid Məmmədova ilk tibbi yardım edildikdən sonra əməliyyat üçün paytaxt xəstəxanalarından birinə göndərilib.
Bakıdakı orta məktəblərdən birində təhsil alan Fərid Məmmədov tətili doğma Əlibəylidə keçirmək üçün kəndə gəlsə də, düşmən gülləsi ondan yan keçməyib.
Oğluna toy etməyə hazırlaşan ana da düşmən gülləsindən yayına bilməyib. Gecə saatlarında bağını suvaran 52 yaşlı Anya Ələkbərova qarın nahiyəsindən güllə yarası alıb. Nəvələri ilə birgə olan nənə uşaqları təhlükəsiz yerə çatdırsa da, özünü qoruya bilməyib.
Tovuz Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən qadının vəziyyətini həkimlər kafi qiymətləndirir. Qeyd edək ki, oğlunun toy tədarükünü görən kənd sakini evinin də yararsız hala düşdüyünü bildirir.
Fasilələrlə səhər saatlarına qədər davam edən güclü atışma Ağdam, Koxa Nəbi, Muncuqlu, Qaralar, Hacallı sakinlərinin də yuxusuna haram qatıb. Gülləboran zamanı Hacallı kəndinin düşmən postlarına yaxın ərazisində yanğın olub.
Əlibəylidə isə sakinlər gecəni qaranlıqda keçirməli olublar. Düşmənin atdığı güllələrdən biri elektrik transformatoruna dəyərək, onu sıradan çıxarıb, nəticədə kənd işıqsız qalıb.
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər