Gürcüstan vətəndaşını qətlə yetirən şəxs ölkədən qaçarkən tutuldu
Bizi izləyin

Qırmızı.az

Gürcüstan vətəndaşını qətlə yetirən şəxs ölkədən qaçarkən tutuldu

Bakıda 3 gün əvvəl tapılmış meyidin kimliyi müyyən olunub, onun qatili həbs edilib.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, iyulun 25-də Q.Qarayev prospektində üzərində zor əlaməti görünən (baş nahiyyəsinin küt alətlə əzilmiş xəsarət olan) təxminən 35-40 yaşlarında naməlum kişi meyiti aşkar edilib.

DİN Baş Cinayət-Axatrış İdarəsi, BPİ Cinayət-Axtarış İdarəsi, Nizami Rayon Polis İdarəsi 25-ci Polis Bölməsi və Rayon prokurorluğu əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, qətlə yetirilən kişinin şəxsiyyəti müəyyən olunub.

Məlum olub ki, o, Gürcüstan vətəndaşı 1966-cı il təvəllüdlü Zviadi Kentchoşhvilidir.

Keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində hadisəni törədən Bakı şəhər sakini əvvəllər məhkum olunmuş, 1983-cü il təvəllüdlü Emil Xudaverdiyev Qazax sərhəd keçid məntəqəsində saxlanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm