Qırmızı.az
Polisdən təhlükəsizlik kəməri ilə bağlı xəbərdarlıq
Yol polisi şəhərlərarası marşrutlarda işləyən avtobuslarda
təhlükəsizlik kəmərindən istifadə etməyən sərnişinləri cərimə
edəcək.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin (DİN) Respublika Baş
Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr
şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib.
Şöbə rəisi qeyd edib ki, rayonlararası yollarda, şəhərlərarası
marşrutlarda işləyən avtobuslarda sərnişinlərin təhlükəsizlik
kəmərindən istifadəsi məcburi xarakter daşıyır:
"Əgər avtobusun konstruksiyasında nəzərdə tutulubsa, təhlükəsizlik
kəmərindən mütləq istifadə olunmalıdır. Ona görə də Baş Dövlət Yol
Polisi İdarəsi sərnişinləri öz həyatlarını və sağlamlıqlarını
qorumaları naminə avtobuslarda olarkən təhlükəsizlik kəmərindən
istifadə etməyə çağırır".
K.Əliyev qarşıdakı günlərdə havaların qeyri-sabit keçəcəyi və
yolların buz bağlayacağını da nəzərə alaraq sərnişinlərdən bu
məsələdə diqqətli olmalarını xahiş edib.
Şöbə rəisi qeyd edib ki, əgər avtobusun konstruksiyasında
nəzərdə tutulubsa və sərnişin təhlükəsizlik kəmərindən istifadə
etmirsə, həmin sərnişin qanuna əsasən cərimə olunacaq:
"İnzibati Xətalar Məcəlləsinin 153.2-ci maddəsinə müvafiq
olaraq, həmin sərnişinlər məsuliyyətə cəlb edilirlər. Həmin maddəyə
əsasən, sərnişinlər tərəfindən nəqliyyat vasitəsinə minmə və düşmə
qaydalarının pozulmasına, təhlükəsizlik kəmərinin bağlanılmamasına,
motodəbilqənin geyilməməsinə, nəqliyyat vasitəsindən bayıra hər
hansı əşya atmağa və ya sürücünü nəqliyyat vasitəsini idarə
etməkdən yayındırmağa görə 30 manat miqdarında cərimə nəzərdə
tutulub".
Onun sözlərinə görə, əgər avtobusun konstruksiyasında
təhlükəsizlik kəmərindən istifadə edilməsi nəzərdə tutulmayıbsa,
bu, məcburi xarakter daşımır və buna görə cərimə də tətbiq
edilmir.
K.Əliyev ümumiyyətlə, bütün nəqliyyat vasitələrinin sürücü və
sərnişinlərinə təhlükəsizlik kəmərindən istifadəni tövsiyə edərək
onları öz həyatlarına qarşı biganə olmamağa çağırıb:
"Kəmərdən istifadə olunmaması həyat üçün təhlükə yaradır. Hadisə
zamanı kəmər insanı ölümdən saxlaya bilir. Bu, qoruyucu elementdir.
Sürücülər və sərnişinlər bu məsələyə şüurlu yanaşmalı və
təhlükəsizlik kəmərlərini bağlamalıdırlar.
Heç kəs yolda qəzanın törənməyəcəyinə zəmanət verə bilməz. Bu
gün ölkədə baş verən yol qəzalarında insanların ölümünə əsas səbəb
ilk növbədə yüksək sürətdirsə, ikinci yerdə sürücülərin və
sərnişinlərin təhlükəsizlik kəmərlərindən istifadə etməməsi durur.
Ona görə də bütün sürücü və sərnişinlərdən xahiş edirəm ki,
nəqliyyat vasitələrində təhlükəsizlik kəmərlərindən istifadə
etsinlər. Əks təqdirdə onlar qanunla inzibati məsuliyyətə cəlb
ediləcəklər".
Qeyd edək ki, 2013-cü il ərzində respublika ərazisində 2846 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Baş vermiş qəzalar zamanı 1164 nəfər ölüb, 2948 nəfər müxtəlif dərəcəli bədən xəsarətli alıb.
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər