9 uşaq minaya düşdü
Bizi izləyin

Qırmızı.az

9 uşaq minaya düşdü

Donetskdə 9 azyaşlı minaya düşüb. Onlardan biri həyatını itirib, səkkizi isə çox ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Ukraynanın Donetsk vilayətinin Berestovo Artyomoskiy rayonunda 9 azyaşlı minaya düşüb. Publika.az-ın məlumatına görə, Ukraynalı jurnalistin verdiyi xəbərdə deyilir ki, “Uşaqlardan biri ölüb, səkkizi isə çox ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Yaralılar ayaq və üzlərindən xəsarət alıb”.

Qondarma Donetsk Xalq Respublikası Daxili İşlər Naziriliyindən isə, minaya yeddi nəfəin düşdüyü, onlardan heç birinin ölmədiyi, lakin ağır yaralı olduğu və yalnız 3-nün uşaq olduğu bildirilir.

Qeyd edək, Ukrayna Daxili İşlər Nazirliyinin sözcüsü Zoryan Şkiryak daha əvvəl bildirmişdi ki, Donetskin ərazi və şəhər mərkəzlərinin uşaq evləri sakinlərinin daha təhlükəsiz bölgəyə köçürülməsi həyata keçirirlir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm