Ermənilər dinc sakini güllələdi – Foto
Bizi izləyin

Qırmızı.az

Ermənilər dinc sakini güllələdi – Foto

Dünən səhər saatlarında Qazaxın Qaymaqlı kənd sakini Aslanov Çingiz Mədət oğlu ermənilərin açdığı atəş nəticəsində ağır yaralanıb.

Axar.az-ın cəbhə bölgəsinə ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, kənd sakininin vəziyyəti ağırdır. Yaralı Qazax rayon Diaqnostika mərkəzinə aparılıb.

Yaralanan kənd sakininin həyat yoldaşının verdiyi məlumata görə, ermənilər günün günorta çağı atəş açıb: “Yoldaşım qonşu qapıda fəhlə işliyirdi. Hər gün olduğu kimi dünən səhər evdən çıxdı. Amma günortaya yaxın xəbər gəldi ki, Çingiz yaralanıb. Biz də getdik xəstəxanaya. Vəziyyəti ağır olduğuna görə xəstəxabadan Diaqnostika mərkəzinə aparıblar. İndi də vəziyyəti pisdir. Arada gedib dəyirik”.

Qeyd edək ki, belə hadisə ilk dəfə deyil ki, baş verir. Kənd sakinlərinin sözlərinə görə, erməni mövqeləri yüksəklikdə yerləşdiyinə görə, intensiv olaraq Qazaxın Qaymaqlı, Məzəm, Kəmərli, Quşçu Ayrım kəndləri atəşə tutulur.

Bakı-Qazax

Oxumağa davam et
Reklam
Reklam

Gündəm