63 yaşlı qadını maşın vurdu, 50 yaşlı kişi suda boğuldu
Bizi izləyin

Qırmızı.az

63 yaşlı qadını maşın vurdu, 50 yaşlı kişi suda boğuldu

Ötən gün Qobustan-Qazax yolunda 63 yaşlı Gülnar Vahidovanı maşın vurub. Bu barədə Publika.az-a Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi yardım Stansiyasından məlumat verilib.

Hadisə barədə 14:40-da təcili yardıma məlumat verilib. Həkimlər hadisə yerinə çatanda qadının vəziyyəti ağır olub və ilkin yardım göstərilsə də, onu xilas etmək mümkün olmayıb.

Ötən gün 50 yaşlı kişi dənizdə boğulub. Hadisə Şüvəlan çimərliyində olub. Şəxsiyyəti naməlum kişini xilas etmək mümkün olmayıb.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm