5,5 milyonluq neft oğurlandı
Bizi izləyin

Qırmızı.az

5,5 milyonluq neft oğurlandı

Rusiyanın Noyabrsk şəhərində neft oğruluğu ilə məşğul olan cinayətkar qrup yaxalanıb.

ANS PRESS-in məlumatına görə, axtarış zamanı satışa göndərilməsi nəzərdə tutulan 50 tondan çox qara qızıl ələ keçirilb.

Cinayətkar qrup satışla məşğul olan 5 azərbaycanlı və Qazprom-un podratçı təşkilatının 10 fəal üzvündən ibarətdir.

Müəyyən edilib ki, cinayətkar qrup artıq bir ildir ki, oğurladıqları qara qızılın qeyri qanuni satışı ilə məşğuldur.

Onlar nefti Rusiyanın Yuqra, Tyumen, Novosibirsk və Tomsk bölgələrində satışa çıxarırdılar. “Qazprom-Noyabrskneftqaz”a dəyən ziyan 250 milyon rubl (5 milyon 475 min AZN) məbləğində qiymətləndirilir. Hazırda yaxalananlar dindirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm