Qırmızı.az
Ali məktəbə qəbul olanlara xəbərdarlıq
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali məktəblərə qəbul olunan tələbələrə xəbərdarlıq edib.
TQDK-dan Publika.az-a verilən məlumata görə, tələbə adı qazanmış şəxslər 2014-cü il avqustun 08-dən 18-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.
Qeyd edilib ki, tələb olunan sənədlər barədə məlumatı daxil
olduğunuz ali təhsil müəssisəsindən əldə etməlisiniz. Müəyyən
olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq
ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və
onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.
Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin
siyahısı avqustun 7-də “Abituriyent” jurnalının 8-ci sayında dərc
olunacaq.
Həmin yerlərə ixtisas seçimi avqustun 8-dən 13-dək internet
vasitəsilə aparılacaq. Abituriyentlər elektron ərizədə ali təhsil
müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı,
orta ixtisas məktəblərinin ixtisaslarının da kodlarını göstərə
bilərlər (orta ixtisas məktəblərinin qəbul aparılan ixtisasları
“Abituriyent” jurnalının 5-ci sayında dərc olunmuşdur). Həmin
jurnalı abituriyent.az saytından da ödəniş etməklə sifariş etmək
olar.
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq