Qırmızı.az
Nazir yaralı hərbçilərlə görüşdü
Avqustun 8-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti ötən həftə düşmənin kəşfiyyat-təxribat qruplarının hücum cəhdinin qarşısının alınması zamanı yaralanmış hərbi qulluqçulara baş çəkmək üçün Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olub.
Müdafiə Nazirliyindən Publika.az-a verilən məlumata görə, əvvəlcə nazirliyin rəhbər heyəti xalqımızın ümummilli lideri Heydər Əliyevin hospitalın həyətində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.
Sonra Müdafiə naziri hospitalın reanimasiya və ortopediya bölmələrində müalicə olunan yaralı hərbi qulluqçularla görüşüb. Hər bir döyüşçünün sağlamlıq durumu ilə maraqlanan general-polkovnik Zakir Həsənov onlarla söhbət edib, arzu və istəklərini dinləyib.
Müdafiə nazirinə məlumat verilib ki, hazırda yaralılar intensiv müalicə alır və onların həyati təhlükəsi yoxdur. Hərbi qulluqçular göstərilən yüksək diqqət və qayğıya görə nazirə minnətdarlıqlarını bildiriblər. Hazırda səhhətlərinin yaxşı olduqlarını və hərbi tibb kollektivi tərəfindən yüksək qayğı ilə əhatə olunduqlarını söyləyən döyüşçülərimiz tezliklə sağaldıqdan sonra hərbi hissələrinə qayıdacaqlarını və düşmənə qarşı mübarizə ararmaq əzmində olduqlarını ifadə ediblər.
Sonda Müdafiə naziri general-polkovnik Zakir Həsənov hospitalın tibb heyətinə öz tövsiyə və tapşırıqlarını verib.
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər