Qırmızı.az
Rusiyadan Azərbaycanla bağlı yeni təyinat
Avqustun 8-də iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxinlə görüşüb.
Nazirlikdən verilən məlumata görə, görüş zamanı nazir Azərbaycan
- Rusiya əlaqələrinin digər sahələrdə olduğu kimi, iqtisadi sahədə
də uğurla inkişaf etdiyini vurğulayıb. Qeyd olunub ki, Azərbaycanda
Rusiya kapitallı 570 şirkətin fəaliyyət göstərir.
Rusiya tərəfindən ölkəmizə yatırılmış investisiyaların həcmi 1,8
milyard ABŞ dollarını ötüb. Azərbaycan isə son 10 ildə Rusiya
iqtisadiyyatına 1 milyard dollardan çox investisiya qoyub və
2013-cü ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 10,5 faiz
artıb. Ş. Mustafayev xatırladıb ki, Rusiya bazarı Azərbaycan üçün
ənənəvi bazardır və ötən il qeyri-neft ixracının 32 faizi, kənd
təsərrüfatı və emalı məhsullarının ixracının isə 30 faizdən çoxu bu
ölkənin payına düşüb.
Səfiri Vladimir Doroxin ölkələrimiz arasında əməkdaşlığın
genişləndiyini vurğulayaraq, Rusiya bazarında Azərbaycan mallarına,
o cümlədən kənd təsərrüfatı məhsullarına əhəmiyyətli dərəcədə
tələbat olduğunu deyib.
Görüş zamanı səfir Rusiya Federasiyasının Azərbaycan Respublikasına
təyin olunmuş ticarət nümayəndəliyinin yeni rəhbəri Eldar
Tlyabiçevi təqdim edib.
Ş. Mustafayev E. Tlyabiçevi təyinatı münasibətilə təbrik edərək,
onun ticarət əlaqələrimizin daha da genişlənməsinə dəstək
verəcəyinə əminliyini bildirib. Nazir Azərbaycanın qeyri-neft
sektorunun, eləcə də kənd təsərrüfatının böyük potensiala malik
olduğunu, dövlət dəstəyi tədbirləri nəticəsində qeyri-neft
məhsullarının istehsalının ilbəil artdığını, ölkəmizin xarici
bazarlara, o cümlədən Rusiya bazarına bu məhsulların, xüsusilə kənd
təsərrüfatı və emalı məhsullarının ixracını genişləndirməkdə
maraqlı olduğunu diqqətə çatdırıb.
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin126 Aprel 20:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya26 Aprel 19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi