Bakıda əxlaqsızlıq yuvasında qan düşdü
Bizi izləyin

Qırmızı.az

Bakıda əxlaqsızlıq yuvasında qan düşdü

Son vaxtlar Bakıda “masaj salonu” adı altında fəaliyyət göstərən əxlaqsızlıq yuvalarında baş verən kriminal olaylar bir-birini əvəzləyir.

Bu məkanlarda baş verən əksər davalar, hadisələr məharətlə gizlədilsə də, dünən "Aznews.az"a maraqlı fakt daxil olub.

Xəbərə görə, dünən gecə saat iki radələrində paytaxtın Süleyman Rüstəmov küçəsində yerləşən “masaj salonu”nda müştəri ilə “masajçı” arasında mübahisə qanlı davaya çevrilib.

Mübahisəyə səbəb isə “masajçı”nın müştəridən əlavə pul istəməsi olub. Əlavə xərcə düşmək istəməyən şəxs ona “xidmət göstərən” qadına ödənişi qapıdakı “baş masajçı”ya etdiyini xatırladıb.

“Masajçı” isə ona əlavə “xidmətlər” göstərdiyini, buna görə də “zəhmət haqqısının” verilməsini tələb edib. Bundan sonra tərəflər əlbəyaxa olublar.

Əsəblərinə hakim ola bilməyən “masajçı” mətbəxtdən bıçaq götürərək, müştərinin qoluna sancıb.

Müştəri isə dərhal əraziyə “102” xidmətinə müraciət edib. Hadisə yerinə gələn Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin 20-yə yaxın əməkdaşı obyektdəki müştəriləri bölməyə aparıblar.

22-ci polis bölməsindən faktı təsdiqləyiblər. Bölmənin adının çəkilməsini istəməyən əməkdaşı bildirib ki, 30-a yaxın müştəri və “masajçı” bölməyə gətirilib. Əməkdaşımız hadisə barədə əlavə məlumat öyrənmək istəsək də, bölmə əməkdaşı ona Nəsimi Polis İdarəsinə müraciət etməyi məsləhət bilib. İdarədən isə bildirilib ki, qanlı olayla bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat verə bilər.

Nazirliyin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov isə hadisə barədə heç bir məlumata malik olmadığını deyib.

Saytın əməkdaşı hadisə yerində öyrənib ki, polislər “masaşçıları” və müştəriləri bölməyə aparmaqla kifayətlənməyiblər. Onlar həm də obyekti qıfıllayıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm