Nazirlik xəbərdarlıq etdi
Bizi izləyin

Qırmızı.az

Nazirlik xəbərdarlıq etdi

Avqustun 9-da Zaqatala Dövlət Təbiət Qoruğunun 4 saylı dolayında yanğın baş verib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, baş vermiş yanğın gecə saat 2 radələrində nazirliyin əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə dəstələrinin səyləri nəticəsində söndürülüb.

Bir hektar ərazini əhatə etmiş yanğın nəticəsində qoruğun ərazisindəki əsasən quru ot örtüyü və kol-kos yanıb. Təsərrüfat əhəmiyyətli ağaclara ziyan dəyməyib. Yanğının yenidən alovlanma təhlükəsi nəzərə alınaraq ETSN-nin əməkdaşları ərazini nəzarətə götürüb, gündəlik olaraq növbəlilik rejimi tətbiq edilib.

ETSN havaların isti və quraq keçməsi ilə əlaqədar əhalini təbiət qoynunda olarkən odla ehtiyatlı olmağa və yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə çağırır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm