Metalı qızıl adı ilə satanlar tutuldu
Bizi izləyin

Qırmızı.az

Metalı qızıl adı ilə satanlar tutuldu

Zərgərləri və vətəndaşları aldadıb metalı qızıl adı ilə satışa çıxaranlar saxlanılıb.

Sumqayıt Şəhər Polis İdarəsindən Publika.az-a verilən məlumata görə, Tərtər rayon sakinləri Təvəkkül Həsənov və Kənan Nəcəfov əlbir olub Bakı və Sumqayıt bazarlarında fırıldaqçılığa əl atıblar. Onlar ümumi çəkisi 100 qramdan cox olan 7 ədəd tərkibi mis və gümüşdən olan boyunbağını qızıl məmulatı adına sataraq sakinlərə xeyli maddi ziyan vurublar.

Tutulan şəxslər istintaqa bildiriblər ki, həmin əşyaları Sumqayıtda 16 obyekt olmaqla qızıl mağazalarına və lombardlara satıblar.

“Qızıllar”ı Bakıda mağazalara da satdıqlarını etiraf edən Təvəkkül Həsənov və Kənan Nəcəfov xeyli gəlir əldə etdiklərini də gizlətməyiblər.

İndi onların vətəndaşlara vurduğu ziyanın miqdarı araşdırılır. Faktla bağlı araşdırmalar davam etdirilir.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm