Bakıdakı sığınacaqdan fotoreportaj
Bizi izləyin

Qırmızı.az

Bakıdakı sığınacaqdan fotoreportaj

Bakıdakı sığınacaqdan fotoreportaj

Azərbaycanda havaların kəskin soyuması ilə əlaqədar Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müvəqqəti sığınacaqlar təşkil olunub.

Bununla əlaqədar olaraq şəhərdə təşkil olunan sığınacaqlardan birinə - "Çapayev" kimi tanınan əraziyə yollandıq.

Publika.Az məlumat verir ki, sığınacaqlar tibbi xidmət, yataqlar, isti yemək və çay, istilik sistemləri təmin olunub.

Bu barədə Nərimanov rayonu Əhalinin Sosial Müdafiə mərkəzinin sektor müdiri Barat Allahverdiyev Publika.Az –a məlumat verib: “Əmək və əhalinin sosial müdafiə naziri və İcra hakimiyətinin birgə tədbiri nəticəsində müvvəqəti sığınacaq yeri düzəldilib.

Səfil həyat sürənlər, küçədə qalıb evə gedə bilməyənlər, rayondan gəlib yolda qalanlar bizim sığınacağa müraciət edə bilər.

Sığınacağa gələn səfillərə ilkin tibbi yardım göstərilir. Məsələn, təzyiqi ölçülür, temperaturu yoxlanılır. Əgər hər hansı zədə almış olsa, onda ilkin tibbi yardım göstərərək xəstəxanaya göndəririk.

Təbii ki, imkanlı vətəndaşlarda öz köməkliyini göstərirlər. Məsələn bir özbək vətəndaşı, yaxınlaşaraq səfillərdən birinə gödəkçə hədiyyə verdi.

Havalar isinənə qədər, bu sığınacaqlar təşkil olunacaq. Bu cür sığınacaqların təşkil olunması bizim üçün çox sevindiricidir”.

Odər Qəni

Oxumağa davam et
Reklam
Reklam

Gündəm