Sabah Bakıda 40, rayonlarda 43 dərəcə isti olacaq
Bizi izləyin

Qırmızı.az

Sabah Bakıda 40, rayonlarda 43 dərəcə isti olacaq

Bakı və Abşeron yarımadasında avqustun 17-də hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir.

Cənub küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata görə, havanın temperaturunun gecə 23-27, gündüz 34-38, yarımadanın bəzi yerlərində 40 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 757 mm civə sütunu, nisbi rütubət gecə 75-80, gündüz 40-45 faiz təşkil edəcək.

Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh çimərliklərində 26-27, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovna çimərliklərində 27-28, Türkan, Hövsan, Şıx, Sahil çimərliklərində 28-29 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında avqustun 17-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturunun gecə 20-25, gündüz 35-40 , bəzi yerlərdə 43, dağlarda gecə 12-17, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm