• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Ramiz Mehdiyev Xocalı ilə bağlı sərəncam verib

Ramiz Mehdiyev Xocalı ilə bağlı sərəncam verib

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sərəncamı ilə “Xocalı soyqırımının 22-ci ildönümünün keçirilməsinə dair tədbirlər planı” təsdiq edilib.

Publika.az xəbər verir ki, Tədbirlər planında Bakının Xətai rayonunda, Goranboy rayon mərkəzində və Ağcakənd qəsəbəsində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidələrin önünə əklil qoyulması mərasimlərinin keçirilməsi, ictimaiyyət nümayəndələri tərəfindən Şəhidlər xiyabanının ziyarət edilməsi, Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərində, nümayəndəliklərində və diaspor təşkilatlarında bu soyqırımı ilə bağlı mətbuat konfranslarının, anma mərasimlərinin və s. tədbirlərin təşkili, xarici və yerli KİV-lərdə, teleradio kanallarında, internet şəbəkəsində qanlı qırğını əks etdirən məlumatların yayılması, mütəmadi olaraq yenilənməsi nəzərdə tutulub.

Sənədə əsasən, idarə və təşkilatlarda, teatr-konsert müəssisələrində, sərgi salonlarında, ali və orta məktəblərdə xatirə gecələri, foto-rəsm sərgiləri, şahidlərlə görüşlər keçiriləcək, milli azadlıq uğrunda mübarizəyə həsr olunmuş sənədli və bədii filmlər nümayiş etdiriləcək.

Xocalıların müvəqqəti məskunlaşdıqları şəhər və rayonlarda (Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şəki, Goranboy, Bərdə, Sabirabad, Göyçay, Zaqatala, Oğuz, Balakən) rəsmi dövlət strukturları rəhbərlərinin, Milli Məclisin deputatlarının və ziyalıların iştirakı ilə şəhid ailələrinə yardımlar göstəriləcək.

Fevralın 25-də təhsil müəssisələrində ilk dərslər bu faciəyə həsr olunacaq, ayın 26-da saat 17-də bütün ölkə ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR