77 adam öldürən Breyvikin atasının kitabı
Bizi izləyin

Qırmızı.az

77 adam öldürən Breyvikin atasının kitabı

Bu ilin oktyabr ayında kütləvi qətl törədən Breyvikin atasının kitabı nəşr olunacaq.

Publika.az-ın məlumatına görə, “Mənim səhvim? Atanın hekayəti” adlı kitabda Jens Breyvik oğlu barədə belə yazıb: “Mən özümü bir az günahkar sayıram və hiss edirəm ki, bir az məsuliyyət daşıyıram. Mən daha yaxşı ata olsaydım, görəsən, nə olardı? Anders etdiyini edərdimi?”.

Nasist və millətçi baxışları təbliğ edən Anders Breyvik 2011-ci ildə Osloda və Utoeya adasında 77 adamı öldürdüyünə görə 21 il həbs cəzasını çəkir.

Onun atası – vaxtilə diplomat olan Jense Breyvik istefaya çıxanda Fransaya köçüb. Andersin 1 yaşı olanda o, Andersin anasından ayrılıb.

Anders yeniyetmə olanda isə onunla əlaqəni tam itirib.

Jens Breyvikin kitabı “özünə məhkəmə” üslubunda yazılıb.

Onun redaktoru Arve Juritzen deyir ki, “o, özü ilə çox sərtdir”.

Azadlıq Radiosu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm