Qırmızı.az
Azərbaycanda şaxtalı hava şəraiti davam edəcək
Azərbaycanda şaxtalı hava şəraiti davam edəcək
.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli
Hidrometeorologiya Departamentindən bildiriblər ki, Bakı və Abşeron
yarımadasında fevralın 3-də havanın dəyişkən buludlu olacağı,
arabir tutulacağı gözlənilir.
Abşeron yarımadasında fevralın 3-də temperatur gecə 7-12,
yarımadanın bəzi ərazilərində 14 dərəcəyədək şaxta, gündüz 0-3
dərəcə şaxta, Bakıda gecə 8-10, gündüz 1-3 dərəcə şaxta olacaq.
Yollar buz bağlayacaq.
Azərbaycan rayonlarında da fevralın 3-də gündüz əsasən yağmursuz
keçəcək. Havanın temperaturu gecə 10-15 dərəcə şaxta, gündüz 4
dərəcə şaxtadan 1 dərəcəyədək isti təşkil edəcək. Yollar buz
bağlayacaq.
Aran rayonlarında hava gündüz əsasən yağmursuz keçəcək, ayrı-ayrı
yerlərdə duman olacaq. Havanın temperaturu gecə 9-14 dərəcə şaxta,
gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti təşkil edəcək. Yollar
buz bağlayacaq.
Azərbaycanda qeyri-sabit hava şəraiti fevralın birinci ongünlüyünün
birinci yarısına kimi davam edəcək.
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin126 Aprel 20:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya26 Aprel 19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi