2-ci qrup əlil qəzada ayağını itirdi
Bizi izləyin

Qırmızı.az

2-ci qrup əlil qəzada ayağını itirdi

Binəqədi rayonu, Sulutəpə qəsəbəsində ağır yol qəzası olub. Rayon Polis İdarəsinin 40-cı polis bölməsindən Publika.az-a verilən məlumata görə, Rasim Quliyev özünəməxsus "VAZ -2109" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək yol kənarındakı bardürə çırpılıb. Sonra da avtomobil bir neçə dəfə yuvarlanaraq aşıb.Sürücü ağır xəsarətlərlə 1 saylı Şəhər Xəstəxanasına yerləşdirilsə də, o, ayağını itirib. O, əməliyyat olunub, vəziyyəti orta-ağırdır.

Hadisə yerinə gələn yol polisi əməkdaşları qəzanın sürət həddinin aşma səbəbindən baş verdiyini bildirib.

Qeyd edək ki, araşdırmalardan sonra məlum olub ki, xəsarət alan sürücü R. Quliyev həm də 2-ci qrup əlilidir.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm