Ağstafada qəza - bir yaralı
Bizi izləyin

Qırmızı.az

Ağstafada qəza - bir yaralı

Bakı-Qazax avtomagistralının 464-cü kilometrliyində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə bu gun saat 15 radələrində Ağstafa rayonunun Aşağı Göycəli kəndi ərazisində qeydə alınıb. İri yük avtomobillərinin toqquşması ilə nəticələnən qəzada sürücülərdən biri ağır yaralanıb. Qazax rayonu Kosalar kənd sakini 43 yaşlı Binnət Əhmədov idarə etdiyi "Man" markalı avtomaşınla ötmə əməliyyatını düzgün həyata keçirmədiyindən qarşıdan gələn Türkiyə vətəndaşı Tuncay Ayazın idarə etdiyi "Tır"-la toqquşub.

Nəticədə "Man" markalı avtomobilin sürücüsü müxtəlif bədən xəsarətləri alaraq Ağstafa rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər xəstənin vəziyyətini orta ağır kimi qiymətləndirirlər .

Faktla Bağlı BDYP-nın İstintaq və Təhqiqat şöbəsində araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm