• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Ramil Usubov dörd rəisi istefaya göndərdi

Ramil Usubov dörd rəisi istefaya göndərdi

Goranboy, Füzuli və Neftçala rayonlarının polis rəisləri tutduqları vəzifədən azad edilərək sərəncama göndərilib.

"Axar.az"a daxil olan məlumata görə, Suraxanı polis rəisi isə yanvarın 28-də keçirilən kollegiyada deyil, bir müddət əvvəl istefaya göndərilsə də, onun əvəzinə hələ təyinat aparılmayıb. Yalnız Suraxanı rayonunun polis rəisi vəzifəsini müvəqqəti olaraq polkovnik-leytenant Akif Nəzərovun, Füzul rayon polis rəsi vəzifəsini isə mayor İsa Hacıyev icra etdiyi açıqlanıb.

Bildirək ki, Rayon Polis Şöbəsinin rəisi vəzifəsini Neftçalada Rza Hacıyev, Füzulidə Kamandar Əsədov, Suraxanıda Məmməd Mikayılov, Goranboyda Məhəmməd Məmmədov tuturdu.

Daxili İşlər Nazirliyində yanvarın 28-də keçirilən kollegiya iclasında nazir Ramil Usubov tərəfindən ciddi tənqid edilən Neftçala Rayon Polis Şöbəsinin rəisi Rza Hacıyev və Füzuli rayon Polis Şöbəsinin rəisi Kamandar Əsədovun fəaliyyəti yoxlanılmış və kollegiya iclasından sonra Ramil Usubovun göstərişi ilə hər iki polis şöbəsinə təftiş qrupu göndərilmişdi. İki gün davam edən yoxlamalarda RPŞ-nin fəaliyyətində ciddi nöqsanlar aşkarlanmışdı. Yoxlamaların nəticəsi olaraq hər iki polis rəisinə raport yazmaq tələb edilmişdi. Hazırda onların raport verdiyi və sərəncama alındığı bildirilir.

Yaxın günlərdə hazırda rəissiz fəaliyyət göstərən bu 4 rayona təyinatlar aparılacaq.

Mənbəmizin bildirdiyinə görə, daxili işlər orqanlarının fəaliyyətini gücləndirmək məqsədi ilə nazir Ramil Usubovun kadr islahatlarını davam etdiriləcəyi, nöqsanlara yol verdiyi barədə məlumatlar daxil olan daha bir neçə rayonun polis rəisini tutduğu vəzifədən azad edəcəyi gözlənilir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR