Azərbaycanda ovçular dostlarını güllələdilər
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda ovçular dostlarını güllələdilər

Daşkəsən rayonunda ova gedən dostların sonu faciə ilə nəticələnib.

Rayon Prokurorluğundan Publika.az-a verilən məlumata görə, Astaf kənd sakinləri Sahib Cabbarov, İlham Hüseynov və onun qardaşı İman Hüseynov “Göy Yurd” adlandırılan ərazidə ov edərkən tüfəngdən açılan güllə onlarla birgə ova gələn Xəqani Abdullayevə dəyib. Nəticədə mərhum dünyasını dəyişib.

Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Sahib Cabbarov, İlham Hüseynov və onun qardaşı İman Hüseynov saxlanılıb. Onlar hadisənin anidən baş verdiyini bildiriblər.

Dəstə üzvlərindən müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngi götürülərək istintaqa təqdim edilib.

Qeyd edək ki, mərhum Xəqani Abdullayev əvvəllər məhkum olunub.

Sahib Cabbarov, İlham Hüseynov və onun qardaşı İman Hüseynov barəsində artıq cinayət işi başlanıb.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm