Qırmızı.az
Metroda qiymətlər artmayacaq
"Bakı metrosunda hazırda istifadədə olan qatarlara
kondisioner quraşdırmaq mümkün deyil. Kondisionerli vaqonlar
hələlik yalnız yeni stansiyalarda olacaq".
Publika.az-ın məlumatına görə, bu sözləri "Bakı Metropoliteni"
QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi
Nəsimi Paşayev deyib.
Metropoliten rəsmisi bildirib ki, köhnə xətlərdə istismar olunan
vaqonlarda kondisionerin işləməsi bir qədər problemlidir: "Yay
mövsümü olduğundan kondisioner məsələsi sərnişinlərin əsas
problemidir. Lakin mövcud xətlərdəki texniki parametrlər vaqonlarda
kondisioner quraşdırmağa imkan vermir. O ki, qaldı havalandırma
sisteminə, bu sistem tam işlək vəziyyətdədir. Metroda temperatur
bayırdan sərindir. Amma o da danılmaz faktdır ki, sərnişin sıxlığı
olduğu zaman vaqonlarda istilik xeyli artır. Bir daha qeyd edim ki,
ventilyasiya sistemi var və platformalar sərin olur, amma
vaqonlarda kondisioner olmadığı üçün sərnişinlər istidən əziyyət
çəkirlər".
Nəsimi Paşayev deyib ki, gələn il daha iki stansiya sərnişinlərin
ixtiyarına veriləcək: "2015-ci ildə "Avtovağzal" və "Memar Əcəmi -
2" stansiyası istifadəyə veriləcək. "Avtovağzal" stansiyasını tək
istifadəyə vermək mümkün deyil. "Memar Əcəmi - 2" stansiyasında
işlər başa çatmalıdır ki, ilkin mərhələdə bu iki stansiyalar
arasında yeni vaqonlar istifadəyə verilsin. Yeni stansiyalarımızda
köhnə stansiyalarda olan bir sıra problemlər olmayacaq. Məsələn,
yeni stansiyalarda əlillər üçün hər bir şərait yaradılacaq. Onlar
üçün xüsusi liftlər olacaq ki, rahatlıqla metrodan istifadə
etsinlər. Amma təəssüf ki, bəzi stansiyalarda əlillər üçün şərait
yaratmaq mümkün deyil. Elə stansiyalar var ki, dərində yerləşir və
ora ancaq eskalatorlara çıxıb düşə bilirik. Tunel əvvəldən elə
qurulub ki, biz orada əlillər üçün liftlər və ya hər hansı qurğu
quraşdıra bilmirik".
Gediş haqlarının artırılacağı ilə bağlı söhbətlərə toxunan
Metropoliten rəsmisi bildirib ki, hələlik bu barədə söhbət gedə
bilməz: " Gediş haqqının qaldırılması bağlı metropoliten rəhbərliyi
tərəfindən Tarif Şurasına hər hansı müraciət nəzərdə tutulmur. Amma
faktiki olaraq, sərnişindaşıma xərcləri hazırkı qiymətdən iki dəfə
artıqdır".
Nəsimi Paşayev Bakı Metropoliteninin qış rejiminə keçidə hazırlıq
prosesində olduğunu deyib: "Qış rejiminə keçid sentyabrın 10-12-də
nəzərdə tutulur. Bu o deməkdir ki, Bakı metrosunda qatarların
sayını artırılacaq, intervallar isə qısalacaq. Hazırda 24 cüt
qatarla işləyən metropoliten qış rejiminə keçdikdə 30 cüt qatarla
fəaliyyətini davam etdirəcək. Bakı metropoliteninin strukturu
elədir ki, intervalı istədiyimiz qədər azalda bilmirik. Çünki
xətlər "28 may" stansiyasında kəsişir. 1,5 dəqiqədən aşağı interval
vermək olmur. Hazırda yeni plan üzərində işlənilir. Bu plana əsasən
"28 may" stansiyasında daha bir tunel tikiləcək və xətlər
ayrılacaq. Yalnız bu halda intervalı xeyli azaltmaq mümkün olacaq.
Onu da deyim ki, “Elmlər Akademiyası” stansiyasında təmirdə olan
eskalator da artıq hazırdır. Eskalator sınaq yürüşündədir və yaxın
günlərdə istifadəyə veriləcək”.
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq