33 yaşlı qadın hərbi bazada özünü öldürdü (VİDEO)
Bizi izləyin

Qırmızı.az

33 yaşlı qadın hərbi bazada özünü öldürdü (VİDEO)

ABŞ ordusu Virciniyada hərbi bazada barrikada qurduqdan sonra özünü öldürən qadının şəxsiyyətini açıqlayıb.

Publika.az-ın məlumatına görə, bu haqda "Associated Press" xəbər verib.

Fort Li bazasının komandanlığı bildirib ki, bu, kadrlar şöbəsində işləmiş birinci dərəcəli serjant 33 yaşlı Pol Uoker olub. ABŞ ordusunda o, bu ana qədər 14 il xidmət edib. Son üç ili o, Fort Li bazasında çalışıb.

Bazar ertəsi Uoker qərargah ofislərindən birində barrikada quraraq burda yerləşən predmetləri atmağa başlayıb. Binada atəş eşidilib, amma bazanın komandanlığı iddia edir ki, Uoker tabel silahından istifadə etməyib.

Fövqəladə hadisəyə görə hərbi bazanın ərazisinə giriş və çıxışlar müvəqqəti bağlanıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları Uokerlə danışıqlar apararkən 1100 insan binada gizlənibmiş.













Oxumağa davam et
Reklam
Reklam

Gündəm