Cavid nəslinin bir təmsilçisini də itirdik
Bizi izləyin

Qırmızı.az

Cavid nəslinin bir təmsilçisini də itirdik

Azərbaycanın böyük şair-dramaturqu Hüseyn Cavidin ailəsində ağır itki üz verib.

AMEA-dan Publika.az-a verilən məlumata görə, Hüseyn Cavidin böyük qardaşı Şeyx Məhəmmədin nəvəsi, AMEA Hüseyn Cavidin Ev Muzeyinin əməkdaşı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Əbülfəz Naxçıvanlı dünyasını dəyişib.

Şair, publisist Əbülfəz Naxçıvanlı 1948-ci ildə Naxçıvanda anadan olub. 1966-cı ildə Naxçıvan şəhər 7 saylı orta məktəbini, 1972-ci ildə isə BDU-nun filologiya fakültəsini bitirmişdir. 1992-ci ildən “Maarif” nəşriyyatının redaktoru olan Ə.Naxçıvanlı çoxsaylı dərslik, dərs vəsaiti, monoqrafiya və bədii kitabları redaktə etmiş, onların ideya məzmun, dil-üslub cəhətdən qüsursuz işıq üzü görməsində əməyini əsirgəməyib. 1965-ci ildən ölkə mətbuatında müntəzəm çıxış edən Ə.Naxçıvanlı 400-dən çox publisistik məqalənin, şeirləri və poemalarından ibarət 11 kitabın, eləcə də 2 monoqrafiyanın müəllifidir.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm