Sentyabrın 15-də şagirdləri gözləyən yenilik
Bizi izləyin

Qırmızı.az

Sentyabrın 15-də şagirdləri gözləyən yenilik

“Bilik Fondunun bölgələrdə filiallarının, “Bilik evləri”nin və xaricdə nümayəndəliklərinin yaradılması sahəsində hazırda işlər gedir. Artıq rayonlarda Bilik Fondunun rayon ziyalılarından ibarət nümayəndələri müəyyənləşib, bizim onlarla sıx əlaqələrimiz var”.

Publika.az-ın məlumatına görə, bu barədə Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oqtay Səmədovun AzərTAc-a müsahibəsində bu qurumun fəaliyyətindən, görəcəyi işlərdən danışarkən deyib.

Onun sözlərinə görə, Fond rayonlarda keçirəcəyi layihələrə yerli ziyalıların və ictimaiyyət nümayəndələrinin cəlb olunmasını rayon nümayəndələrinin vasitəsilə həyata keçirəcək. Maarifləndirici layihələrin gerçəkləşməsində Fondun dayaq nöqtəsinə çevriləcək filialların üzvləri öz bölgələrində nüfuz sahibi olan tanınmış ziyalılar, elm və təhsil işçiləridir. Yaxın gələcəkdə Bilik Fondunun xarici ölkələrdə də filiallarının yaradılması nəzərdə tutulur. Bu istiqamətdə Azərbaycanın dostları ilə birgə fəaliyyət göstərəcək.

“Biz əminik ki, Bilik Fondunun layihələri ən qısa zamanda öz bəhrəsini verəcək. İndi ictimaiyyətin bizdən gözləntiləri çoxdur. Demək istəyirəm ki, Bilik Fondu hər kəsin üzünə açıqdır. Biz hər bir səmərəli ideyanı, yeni fikri dinləməyə hazırıq. Hər kəsi Bilik Fondu ətrafında gücünü səfərbər etməyə və Azərbaycanımızın inkişafına öz töhfəsini verməyə dəvət edirəm”.

O.Səmədov bildirib ki, Bilik Fondunun məqsədi və vəzifələrindən irəli gələn məsələlərin həlli üçün artıq bir sıra layihələrə başlanılıb:

““Docendo discimus” layihəsi, adından da göründüyü kimi, öyrədərək öyrənməyə xidmət edir. Bu sırada “Ustad və şəyird", "Azərbaycan elmi xaricdə", "Dünya elmi Azərbaycanda", "Epizod", "Auditoriya+", "Qardaşlaşmış məktəblər", “Dini abidələrdə tarixin izləri” kimi layihələri də göstərmək olar.

“Qardaşlaşmış məktəblər” layihəsininSentyabrın 15-i – “Bilik günü”ndə isə Azərbaycanın bütün rayonlarında məktəblərdə tanınmış şəxslər – elm və mədəniyyət adamları mühazirələr oxuyacaqlar”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm