ADU tələbəsi ikili diplom aldı
Bizi izləyin

Qırmızı.az

ADU tələbəsi ikili diplom aldı

Azərbaycanda ilk dəfə olaraq tələbə iki universiteti fərqlənmə diplomu ilə başa vurub. Bu barədə Publika.az-a ADU-nun mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan Dillər Universitetinin Pedaqoji fakültəsinin tələbəsi Nərmin İsmayılova bu il ADU ilə yanaşı Böyük Britaniyanın Esseks Universitetini də fərqlənmə diplomu ilə başa vuran ilk azərbaycanli tələbə olub. Azərbaycan Dillər Universiteti və Böyük Britaniyanın Esseks Universiteti arasında imzalanmış müqaviləyə əsasən, Nərmin İsmayılova təhsilini Esseks Universitetində davam etdirərək bu il həm ADU-nun, həm də Esseks Universitetini ugurla bitirərək ikili diploma sahib olub.

Qeyd edək ki, 25 oktyabr 2010-cu ildə Azərbaycan Dillər Universiteti və Böyük Britaniyanın Esseks Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, Azərbaycan Dillər Universitetinin ingilis dili fakültəsinin tələbələri I-II kursları bitirdikdən sonra təhsillərini Esseks universitetində davam etdirirlər və ikili diplom alalırlar. Bundan başqa, hər iki universitetin professor-müəllim heyətinin, departament rəhbərlərinin qarşılıqlı səfərləri nəzərdə tutulub. Bu müqavilə Azərbaycan Universitetləri arasında ilk dəfə və yeganə olaraq ADU və Esseks Universiteti arasında imzalanıb.

Xatırladaq ki, Esseks Universitetində dərslər tanınmış professor və müəllim heyəti tərəfindən aparılır. Nərmin İsmayılova Esseks Universitetində təhsil aldığı müddətdə Tələbə Cəmiyyətinin üzvü və bir çox layihələrin meneceri seçilib. İştirak etdiyi layihələrdən onun ən yadda qalanı “Money mind” layihəsi olub. Bu layihə çərçivəsində o, ibtidai sinif şagirdlərinə ingilis dili dərsini tədris edib. Həmçinin N. İsmayılova daha sonra “Feminizim” layihəsinə qoşulub və bu layihə haqda İngiltərənin məşhur jurnalı olan “Rabbit” jurnalında dərc olunub. Nərmin İsmayılova orada yaradılmış Azərbaycan Cəmiyyətinin vitse-prezidenti seçilib. N.İsmayılova oxuduğu müddət ərzində Azərbaycan tarixini, adət-ənənəsini, milli mətbəxini Azərbaycan Cəmiyyəti sayəsində digər ölkə nümayəndələrinə çatdırib. Esseks Universitetin İngiltərənin ən reytinqli universiteti olduğundan Nərmin İsmayılova Universitetin digər universitetlərlə əməkdaşlığı sayəsində həmin universitetlərin kitabxanalarından da istifadə edə bilib. Nərmin İsmayılova, o cümlədən təhsil aldıgı müddətdə universitetdə yaradılan şəraitdən bəhrələnərək təhsil ala-ala işləmək imkanı da əldə edərək könüllü olaraq mətkəblərdə İngilis dili tədris etdib. Bütün bu imkanları əldə etdiyi üçün o, universitetin rektoru, professor Səməd Seyidova dərin təşəkkürünü bildirdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm