İki rayonda su olmayacaq
Bizi izləyin

Qırmızı.az

İki rayonda su olmayacaq

Bu gün saat 09:00-dan etibarən Nəsimi və Səbail rayonlarının bir hissəsinə - Bülbül və Azadlıq prospektlərində yerləşən binalara içməli suyun verilməsi 24 saat müddətində dayandırılacaq.

Bu barədə Publika.az-a “Azərsu” ASC-dən məlumat verilib.

Su verilişindəki məhdudiyyət Nəsimi rayonu Bülbül prospektində yol infrastrukturunun yenidən qurulması işləri çərçivəsində ərazidən keçən su və kanalizasiya xətlərinin dəyişdirilməsi ilə əlaqədardır.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm