Gülben Ergen barədə fətva: “Doğru deyil!”
Bizi izləyin

Qırmızı.az

Gülben Ergen barədə fətva: “Doğru deyil!”

Türkiyənin tanınmış din alimi müğənni Gülben Ergen və aparıcı sevgilisi Erhan Çelikin Ümrə ziyarətində mətbuatda paylaşılan əl-ələ çəkilmiş şəklinə münasibət bildirib.

ANS PRESS-in xəbərinə görə, telekanallardan birində “Deməsəm olmaz” adlı proqramda qonaq olan ilahiyyatçı Arif Aslan bunun doğru olmadığını deyib.

“Sevgi Allahın bir lütfüdür. Bu lütfün Allahın bizi dəvət etdiyi torpaqlarda nümayişi yenə də lütfdür. Amma bir şərtimiz var: Nikah! Güman edirəm ki, Gülben Ergenle Erhan bəyin dini nikahı var. Çünkü Gülben xanım bu məsələlərdə çox həssasdır. Nikah yoxdursa, əl-ələ tutmaqları doğru deyildir, haramdır. Dini nikah üçün ən azı 2 nəfər şahid olmalıdır. İki şahid varsa, dini nikah da kəsilmişdir”.

Gülben Ergen isə mətbuatda paylaşılan Ümrə fotoşəklinin 1 il əvvələ aid olduğunu bildirərək Erhan Çeliklə gizli eşq həyatı yaşadıqlarını etiraf etmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm