Yeni asfalt yolların keyfiyyəti öyrənilir
Bizi izləyin

Qırmızı.az

Yeni asfalt yolların keyfiyyəti öyrənilir

Hazırda ölkə ərazisində asfaltın keyfiyyətini müəyyən etmək üçün səyyar sınaq laboratoriyası vasitəsilə nümunələr götürülür. Laborator müayinələr bitdikdən sonra sınaqlar aparılacaq.

Bu barədə Publika.az-a Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı məlumat verib.

Onun sözlərinə görə, ilkin mərhələdə yeni çəkilmiş magistral yollarda nümunələr götürülür. Yaxın zamanda nəticələr barədə məlumat veriləcək.

Qeyd edək ki, respublikada çəkilmiş və çəkilməkdə olan asfalt yollarının keyfiyyət göstəricilərini operativ və yerində müəyyən etmək üçün Komitənin Təcrübə-Sınaq Mərkəzi (AzTEST) tərəfindən asfaltın sınağı üzrə səyyar laboratoriya alınıb istifadəyə verilib.

Laboratoriyada qurulmuş ən müasir texnoloji avadanlıqlar vasitəsilə həm çəkilmiş, həm də çəkilməkdə olan yollarda asfalt-betonun keyfiyyətini bütün göstəricilər üzrə müəyyən etmək, həmçinin yolun alt qatının-özülünün keyfiyyətini yoxlamaq mümkündür. Səyyar laboratoriyada asfalt-beton qarışığının və bu qarışıqda istifadə olunan materialların - bitum, qırma daş, çınqıl və mineral tozun da keyfiyyəti müəyyən olunacaq.

Laboratoriyada çalışan işçilər xarici ölkələrdə ixtisasartırma kursu keçərək, sınaq metodlarına dərindən yiyələniblər.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm