"Naxtel"-in Azərbaycanda mobil rabitə xidmətləri göstərməsi üçün geniş imkanları yoxdur
Bizi izləyin

Qırmızı.az

"Naxtel"-in Azərbaycanda mobil rabitə xidmətləri göstərməsi üçün geniş imkanları yoxdur

Naxçıvan Muxtar Respublikasının (NMR) "Naxtel" CDMA standartlı simsiz rabitə operatorunun Azərbaycanda mobil rabitə xidmətləri göstərməsi üçün geniş imkanları yoxdur.

Publika.az xəbər verir ki, bu barədə jurnalistlərə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov deyib.

Nazir bildirib ki, “Naxtel” artıq 5 ildir ki, Naxçıvan ərazisində qanuni olaraq mobil rabitə xidmətləri göstərir, indi isə yeni texnologiyalara keçir. Onun sözlərinə görə, Muxtar Respublikanın Nazirlər Kabinetinin qərarına əsasən, şirkət Naxçıvan ərazisində IV nəsil şəbəkəsinin (4G) işə salınması üçün lisenziya alıb.

Şirkətin şəbəkəsi CDMA standartına əsaslanır. Hazırda operator yeni rabitə standartına (GSM) keçməyə hazırlaşır. Ə.Abbasov bildirib ki, operator mobil rabitə xidmətlərini əsasən NMR-in ərazisində göstərəcək: "Buna baxmayaraq, tezliklə daxili rouminq məsələsinin həlli gözlənilir ki, bu da "Naxtel" şirkətinə Azərbaycanın bütün ərazisi üzrə fəaliyyətini genişləndirməyə imkan verəcək", - Əli Abbasov belə deyib.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm