“Bakı metropoliteni”nində interval neçə dəqiqə olacaq?
Bizi izləyin

Qırmızı.az

“Bakı metropoliteni”nində interval neçə dəqiqə olacaq?

Yeni tədris ili başlananadək “Bakı metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti payız-qış qrafikinə keçəcək. Bu barədə Publika.az-a “Bakı metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

Onun sözlərinə görə, payız-qış qrafikinə keçidin dəqiq vaxtı istifadəçilərin sıxlığının artmasından asılıdır:

“Nə vaxt sərnişin sıxlığı müşahidə edilsə, yeni qrafik tətbiq ediləcək. Lakin bu işlər sentyabrın 15-dək tamamlanacaq. Yay qrafikində 24 qatar hərəkət edirdisə, payız-qış qrafikində 30 cüt qatar xəttə buraxılacaq. İntervalların da maksimum azaldılmasına çalışacağıq. Pik saatlar nəzərə alınmaqla intervallar 1.5-2.5 dəqiqədən artıq olmayacaq”.

N.Paşayev bildirib ki, yeni qrafikə keçdikdən sonra gündəlik istifadəçilərin 300 min nəfər artacağı gözlənilir:

“Yay qrafikində gündəlik olaraq 400-450 min sərnişin istifadə edir. Qış qrafikində bu rəqəmin 700-750 min olacağı ehtimal edilir. Yeni tədris ili başlanandan sıxlığın olmasını nəzərə alaraq yeni ödəniş aparatlarının alınması planlaşdırılır. Bu kimi yeniliklərlə bağlı müzakirələr aparılır”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm