Azərbaycanlı gənclər günün neçə saatını yatmağa və özünə qulluğa sərf edir?
Bizi izləyin

Qırmızı.az

Azərbaycanlı gənclər günün neçə saatını yatmağa və özünə qulluğa sərf edir?

Dövlət Statistika Komitəsi 18-29 yaşlı gənclərin gün ərzində orta vaxt sərfini açıqlayıb.

Komitədən Publika.az-a verilən məlumata görə, ümumilikdə ölkə üzrə gənclər gündə 3 saat 11 dəqiqə gəlir gətirən, 4 saat 19 dəqiqə haqqı ödənilməyən işlərə, 9 saat 22 dəqiqə şəxsi qayğılar, özünə qulluq və yatmağa, 2 saat 14 dəqiqə yeməyə, 3 saat 12 dəqiqə asudə vaxt, 1 saat 37 dəqiqə televizora baxmağa, 7 dəqiqəni isə digər fəaliyyətə sərf edirlər.

Həftəiçi hər biri 4 saat 7 dəqiqə olmaqla gəlir gətirən və haqqı ödənilməyən işlərlə məşğul olurlarsa, həftəsonu 4 saat 16 dəqiqə asudə vaxta, 4 saat 49 dəqiqə haqqı ödənilməyən işlərə sərf edirlər.

Qeyd edək ki, bu məlumatlar 2008-ci il üzrə "Azərbaycanda əhalinin vaxt büdcəsindən istifadəsi üzrə" sorğunun nəticələrinə əsasən hesablanıb.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm