“Lotu Quli”nin vəkili cəzalandırıldı
Bizi izləyin

Qırmızı.az

“Lotu Quli”nin vəkili cəzalandırıldı

Qaradağ rayon Məhkəməsində həbsdə olan kriminal avtoritetə telefon keçirməkdə təqsirli bilinən məşhur vəkil Kamandar Rəfi oğlu Nəsibovun məhkəməsi başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən 8 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Nadir Nəriman oğlu Səlifovla görüşə gəlmiş vəkili Kamandar Rəfi oğlu Nəsibovun üzərinə baxış keçirilib.

Baxış zamanı onun əynindəki şalvarının içəri hissəsində gizlədilmiş, daxilində “Azercell” danışıq kartı olan 1 ədəd “Huawei” markalı modem aparatı aşkar edilərək götürülüb. Nadir Səlifov Cinayət Məcəlləsinin 182.3.1; 182.3.2; 29.149.2.1; 29.149.2.4; 29.149.2.5; 317-2.1 və 67 maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrum edilib.

Kamandar Nəsibovun barəsində Cinayət Məcəlləsinin 29, 317-1.1-ci (cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların yoxlamadan gizlətməklə və ya hər hansı digər üsulla verilməsi və ya ötürülməsinə cəhd) maddəsi ilə ittiham edilib.

Hakim Rufan Mürəslovun sədrliyi ilə keçirilən prosesdə Kamandar Nəsibovun barəsində ittiham hökmü çıxarılıb. Məhkəmənin hökmü ilə Kamandar Nəsibova cərimə cəzası kəsilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm