Qırmızı.az
Tələbə rektoru öldürdü - Dəhşət
Son vaxtlar Rusiyadakı təhsil müəssisələrinə olunan
silahlı hücumların sayı artıb.
İki gün ərzində artıq bu cür 3 hadisə qeydə alınıb. Son olaraq
Yakutiya Respublikasında bir doktorantura tələbəsi institut
rektorunu öldürüb.
AzNews.az Rus mətbuatına istinadən xəbər verir ki, Yakutiya Daxili
İşlər Nazirliyinin mətbuat sözçüsü Stanislav Platonov açıqlamasına
görə, Elmlər Akademiyasına aid Almaz geologiyası İnstitutunun
rektoru öz iş otağında öldürülüb. Hadisəni ötən il təhsil
müəssisəsində vəzifəsindən uzaqlaşdırılan bir tələbənin törətdiyi
ehtimal edilir. Rusiyanın paytaxtı Moskvada da bir universitet
tələbəsinə silahlı hücum edilib.
Polisin açıqlamasına görə, şəxsiyyəti hələ təyin olunmayan
cinayətkar lüks markalı avtomobilə yaxınlaşaraq, 5 dəfə atəş açıb
və hadisə yerindən qaçıb. Hücumda Rusiya Xarici İşlər Nazirliyinin
nəzdində olan Moskva Uluslar Arası Əlaqələr Universiteti MGİMO-nun
24 yaşlı 5-ci kurs tələbəsi yaralanıb. Tələbənin Qafqaz mənşəlli
olduğu iddia edilir.
Dünən də Moskvada 9-cu sinif şagirdi 15 yaşlı Serqey Qordiyev silahla 263 nömrəli məktəbə basqın edərək, 24 şagirdi girov götürmüşdü. Aşağı qiymət verdiyi iddiası ilə coğrafiya müəllimi və bir polisi öldürən , bir polisi də ağır yaralayan şagird daha sonra təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyat nəticəsində zərərsizləşdirilmişdi.
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq