İlk dərs günü Bakıda tıxac yaranıb (YENİLƏNİB)
Bizi izləyin

Qırmızı.az

İlk dərs günü Bakıda tıxac yaranıb (YENİLƏNİB)

Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən Publika.az-a verilən məlumata görə, hazırda paytaxtın 28 May, Şeyx Şamil küçəsindən “İçərişəhər” metrosu istiqamətində, Rəşid Behbudov küçəsi, Babək prospekti, H.Ələsgərova, M.P.Vaqif və A.Cəlilov küçələrində tıxacdır.

Bakıxanov küçəsindən İzmir parkı istiqamətində, Həsən Əliyev küçəsindən Tələbə Qəbulu üzrə Dövlət Komissiyası istiqamətində isə nisbətən sıxlıqdır.

Bundan başqa, M.Müşviq küçəsi, Azadlıq prospektindən şəhər istiqamətində, Fəzail Bayramov küçəsi və S.Vurğun küçəsi, Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin qarşısında tıxac müşahidə edilir.

NİİM-dən verilən məlumata görə, digər küçə və prospektlərdə səhər saatlarında müşahidə olunan sıxlıq nisbətən azalır.

Gülxar

09:33

Bu gün dərs ilinin başlanması ilə əlaqədar Bakının əksər yollarında tıxaclar yaranıb.

Publika.az-a daxil olan məlumata görə, orta və ali məktəblərin yaxınlığındakı yollarda, avtovağzaldan "20 Yanvar" dairəsinədək, Xutordan keçmiş K. Marks dairəsinədək olan ərazidə, Binəqədi yolunda, şəhərin mərkəzi küçələrində avtomobillərin sıxlığı və tıxac yaranıb.

Tıxacla əlaqədar bəzi avtobuslar yolunu dəyişdirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm