20-yə yaxın dövlət qurumu nəyi müzakirə etdi?
Bizi izləyin

Qırmızı.az

20-yə yaxın dövlət qurumu nəyi müzakirə etdi?

Gənclər və İdman nazirliyində nazir Azad Rəhimovun rəhbərliyi ilə oktyabrın 28-30-da Bakıda keçiriləcək Gənclər Siyasəti üzrə I Qlobal Forumla bağlı təşkilat komitəsinin iclası keçirilib.

Azad Rəhimov Azərbaycan forumun ölkəmizdə keçirilməsi təklifini irəli sürən ilk ölkələrdən biri olduğunu bildirib.

“Mənim 2014-cü ilin mart ayında Amerika Birləşmiş Ştatlarına rəsmi səfərim çərçivəsində BMT-də keçirdiyim görüş zamanı Forumun Azərbaycanda keçirilməsi ideyasına dəstək gəlmişdir. Xüsusi ilə qeyd etməliyəm ki, Bakı şəhərində oktyabr ayında gerçəkləşəcək Gənclər Siyasəti üzrə I Qlobal Forum dünyanın gənclər siyasəti sahəsində yeni model olacaq.”

İclasda 20-ə yaxın dövlət qurumunun- Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Maliyyə Nazirliyi, Xarici İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Nəqliyyat Nazirliyi, Rabitə və Yüksək Texnologiyaları Nazirliyi, Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTac), “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Dövlət Miqrasiya Xidməti, Dövlət Sərhəd Xidməti, Dövlət Gömrük Komitəsi, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti, Mədəniyyət və Turizm Nazirliyi və “İçərişəhər” Dövlət Tarix- Memarlıq Qoruğunun rəsmiləri iştirak edib.

Qeyd edək ki, foruma 170-dən artıq ölkədən 700-dən artıq iştirakçının qatılacağı gözlənilir. Forumda gənclər siyasəti üzrə yeni istiqamətlərin işlənilməsi, növbəti illər üçün yeni addımların atılması, gənclər siyasəti üzrə müxtəlif ölkələrlə təcrübə mübadiləsinin aparılması və bu istiqamətdə əhəmiyyət kəsb edən digər mövzular diqqət mərkəzində olacaq. Forumda eyni zamanda gənclər siyasəti üzrə yeni prinsipləri müəyyən edən sənədin də hazırlanması nəzərdə tutulur. Forumun 5 əsas tərəfdaşı- Avropa Şurası, YUNESKO (UNESCO), BMT-nin Inkişaf Proqramı, BMT-nin Gənclər siyasəti üzrə elçisi və Azərbaycan Hökumətidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm