Qənirə Paşayeva Ağdam kəndinə gedən yolla bağlı hökumətə müraciət edib
Bizi izləyin

Qırmızı.az

Qənirə Paşayeva Ağdam kəndinə gedən yolla bağlı hökumətə müraciət edib

Millət vəkili Qənirə Paşayevanın Tovuzun ön cəbhə kəndlərindən olan Ağdamda bir sıra sakinlərlə görüşü zamanı kənd sakinləri xahiş ediblər ki, rayondan kəndə gələn yolun ön cəbhə nöqtəsinə qədər yaxşı səviyyədə təmir-tikintisinə ciddi ehtiyac var, bundan əziyyət çəkirlər və yol probleminin həlli istiqamətində Qənirə Paşayevadan bir millət vəkili kimi bu məsələnin həllində öz dəstəyini əsirgəməməyi və müvafiq dövlət qurumları ilə bu məsələnin həllinə dair müzakirələr aparmağı və xahişlər etməyi rica ediblər.

Ön cəbhə kəndlərinin qəhrəman kəndlər olduğunu söyləyən millət vəkili Qənirə Paşayeva kənd sakinlərinin müharibənin ən gərgin dövründə də, bu gün də düşmənin bütün təxribatlarına baxmayaraq heç bir zaman öz evlərini tərk etməməsini, bununla da düşmənə layiqli cavab verməsinin hər kəs tərəfindən yüksək qiymətləndirildiyini bildirərək deyib ki, o artıq ötən dəfə kənd sakinləri ilə görüşdən və onların bu istiqamətdə xahişlərindən və müraciətlərindən sonra bir neçə gün əvvəl hökumətə və nəqliyyat nazirliyinə müraciət edərək Ağdam kəndinə gedən yolun yüksək səviyyədə təmir-tikintisi üçün xahiş edib.

Cənab Prezident İlham Əliyevin Tovuza böyük diqqət və qayğısı nəticəsində rayonla kəndləri birləşdirən bir çox yolların yüksək səviyyədə yenidən qurulduğunu deyən millət vəkili Qənirə Paşayeva bu məsələnin də öz həllini tapacağına inandığını deyib. Qənirə Paşayeva kəndə səfər zamanı bir sıra seçiciləri də dinləyərək, onları narahat edən problemlərlə bağlı qeydlər apararaq, həll edilməsi istiqamətində köməklik göstərilməsinə çalışacağını bildirib.

Millət vəkili onların bəzi problemlərinin həlli istiqamətində müvafiq qurumlarla danışacağını və onların bəzi təkliflərini parlamentdə səsləndirəcəyini deyib. Qənirə Paşayeva seçiciləri narahat edən bir sıra digər məsələləri də dinləyib və onların bəzilərini rayonda həll edib, bəzi dövlət qurumları ilə bağlı məsələləri isə Bakıya qayıdan kimi həll etməyə çalışacağına söz verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm