Qırmızı.az
Heydər Əliyev Fondu Afinada Azərbaycan mədəniyyəti günləri keçirəcək (FOTO)
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Afinada Azərbaycan mədəniyyəti günləri keçiriləcək.
Fonddan Publika.az-a verilən məlumata görə, sentyabrın 27-28-də təşkil olunacaq tədbirlər çərçivəsində Azərbaycanın tarixi-mədəni irsinin təbliği, iki ölkə arasında əlaqələrin genişləndirilməsi məqsədi ilə proqramlar təqdim ediləcək.
Mədəniyyət günləri çərçivəsində “Bakı 2015” Birinci Avropa Oyunları ilə bağlı təqdimat, Bakının Avropa Oyunlarına hazırlıqlarını əks etdirən filmin nümayişi, Azərbaycan Dövlət Simfonik Orkestri və Dövlət Rəqs Ansamblının çıxışı olacaq.
Həmçinin Heydər Əliyev Fondu, Azərbaycanın Yunanıstandakı səfirliyi və Yunanıstanın Marianna V.Vardinoyannis Fondunun birgə təşkilatçılığı ilə bu ölkədə təhsilə dəstək layihəsinə yardım üçün xeyriyyə konserti keçiriləcək.
Artıq Afina ölkəmizi tərənnüm edən banerlərlə bəzədilib, eləcə də şəhər küçələrindəki monitorlarda müxtəlif video çarxlar nümayiş etdirilir.
Xatırladaq ki, Heydər Əliyev Fondu ölkələr və xalqlar arasında əlaqələrin genişləndirilməsi, Azərbaycanın təbliği məqsədi ilə bu günədək Rusiya, Almaniya, Fransa, İtaliya, Yunanıstan və digər ölkələrdə bir sıra tədbirlər, müxtəlif layihələr həyata keçirib.
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO
-
Magazin125 Aprel 22:00
Firuzə İbadova həmin xəbəri TƏKZİB ETDİ: "Onun ruhu şad olsun deyə..."