Bakıda gənc qadın turizmçilərin beynəlxalq konfransı keçirilib
Bizi izləyin

Qırmızı.az

Bakıda gənc qadın turizmçilərin beynəlxalq konfransı keçirilib

Bakıda Demokratik İslahatçı Gənclər İctimai Birliyi Azərbaycan Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənc qadın turizmçilərin beynəlxalq konfransı”nı keçirib.

Publika.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan “Demokratik İslahatçı Gənclər” İctimai Birliyinin İdarə Heyətinin sədri Vüsalə Hüseynli bildirib ki, konfransın keçirilməsində məqsəd Azərbaycanı turizm bölgəsi kimi təqdim etməklə bərabər, qarşıdan gələn 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunları ərəfəsində turist axınını stimullaşdırmaq və təbliğat aparmaqdır: “Bu gün Azərbaycanın gənc xanımları müxtəlif sahələrdə uğurlar qazanırlar, o cümlədən turizm sahəsində ciddi nailiyyətlər qazanmışlar. Bir çox Avropa ölkələrindən fərqli olaraq, bu gün Azərbaycan gənclərinin, Azərbaycan xanımlarının örnək ala biləcəyi siyasətdə uğur qazanmış ölkənin birinci xanımı Mehriban Əliyevanın simasında nümunəsi var. Mehriban xanım ölkənin gənc xanımlarına 3 övlad anası, siyasətçı xanımı, eyni zamanda özünün çoxsahəli fəaliyyəti ilə aktiv Azərbaycan qadını nümunəsini özündə birləşdirən bir nümunədir”.

Konfransda çıxış edən Azərbaycan Prespublikasının Prezindent Administrasiyasının məsul işçisi Rahu Qurbanova Azərbaycan Prezidentı İlham Əliyevin ölkədə apardığı gənclər siyasəti barədə ətraflı məlumat verib. Azərbaycan Prezidentı yanında Gənclər Fondunun sektor müdiri Vaqif Seyidbəyov isə təmsil etdiyi Fondun fəaliyyəti barədə qonaqlara ətraflı məlumat verib. Açılış mərasimindən sonra konfrans panellər üzrə işini davam etdirib. İnnovativ texnologiyalar və yerləşdirmə paneli üzrə Teleqraf Holdinqin prezidenti Aynur Camal, Turprofi.com.ua-nın baş redaktoru Varleriya Ovsyanik, Azərbaycan Turizm Universitetinin professoru Nazim Quliyev, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Məleykə Hüseynova məruzə ediblər.

Turizmin İnstutsional və Sosial- İqtisadi Aspektləri və yerləşdirmə paneli üzrə İSİM-in İdarə heyətinin sədri Vüqar Bayramov Azərbaycanda elektron turizmin vəziyyəti barədə ətraflı məlumat verib. Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz, Özbəkistanın, Qazaxıstanın, Ukraynanın və digər ölkələrin nümayəndələri məruzələrlə çıxış ediblər.

Xatırladaq ki, konfransda MDB ölkələrinin 10 turizm operatoru və beynəlxalq turizm portalının baş redaktorları iştirak ediblər.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm