• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Polis rəisi döyülməsindən danışdı

Polis rəisi döyülməsindən danışdı

Səbael rayon Yol Polisi Şöbəsinin rəisi Zaur Cəfərov onun döyülməsi ilə bağlı mətbuatda gedən məlumatlara münasibət bildirib. Polis rəisi Publika.az-a bildirib ki, bir sıra sayıtlarda barəsində yayılan məlumat tamamilə əsassızdır: “İlk öncə, Mühafizə Polisində (MP) işləyən polis əməkdaşının avtomobili DYP tərəfindən saxlanılmayıb. Digər tərəfdən, guya o, yanıma gələrək, maşınını cərimə meydançasından çıxarılmasını tələb etməsi və sonda mənə bir neçə yumruq zərbəsi endirməsi ifadəsində də heç bir uyğunluq yoxdur. Məlumat tam yalandır. Polislə bizim nə işimiz var?”

Z.Cəfərov vurğulayıb ki, indiyədək haqqımda heç vaxt mətbuatda yazı dərc olunmayıb və barəsində yayılan məlumat onu çox təccübləndirib.

Xatırladaq ki, Avropa.info-nun əldə etdiyi məlumata görə, bu gün Bakı şəhəri Səbael rayonunda polislərin iştirakı ilə insident yaşanıb. Mühafizə Polisində (MP) işləyən polis əməkdaşının avtomobili DYP tərəfindən saxlanılaraq Səbael rayonunda yerləşən cərimə meydançasına aparılıb. DYP əməkdaşları maşının üzərində cərimə olduğunu bildiriblər. Mühafizə polisinin əməkdaşı Səbael rayon Yol Polisi Şöbəsinin rəisi Zaur Cəfərovun yanına gedərək, maşını cərimə meydançasından çıxarılmasını tələb edib. Nəticədə, polislər arasında mübahisə yaşanıb, MP-nin əməkdaşı Zaur Cəfərova bir neçə yumruq zərbəsi endirib. Hadisəni törədən MP əməkdaşı polis tərəfindən saxlanılıb.

Amid Əyyuboğlu

Xəbər lenti

DAHA ÇOX XƏBƏR