Cəzaçəkmə müəssisəsində yanğın olub
Bizi izləyin

Qırmızı.az

Cəzaçəkmə müəssisəsində yanğın olub

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakının Xətai rayonu Əhmədli qəsəbəsində yerləşən 7 saylı cəzaçəkmə müəssisəsinin istehsalat sexində yanğın baş verib.

Publika.az Penitensiar Xidmətinin rəsmi saytına istinadən xəbər verir ki, hadisə ilə bağlı dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinə məlumat verilib. Penitensiar xidmətin şəxsi heyətinə həyacan verilərək hazırlıq vəziyyətinə gətirilib, lazımi qüvvələr yanğın yerinə cəlb olunub.

Operativ olaraq hadisə yerinə gələn Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə dəstələri saat 23.15 radələrində yanğının söndürülməsinə nail olublar.

Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumatda bildirilir ki, 7 saylı cəzacəkmə müəssisəsinin ərazisində ümumi sahəsi 450 kv.m olan fərdi əmək emalatxanasının yanar konstruksiyaları və içərisində olan 7 ədəd dəzgahın yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Xəsarət alan olmayıb.

Fakt üzrə Penitensiar Xidmət tərəfindən xidməti araşdırma, Fövqəladə Hallar Nazirliyi tərəfindən isə təhqiqat aparılır.

Amid

Oxumağa davam et
Reklam
Reklam

Gündəm