Qırmızı.az
Bakıya yenidən qar yağacaq - HAVA HAQQINDA
Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu
olacağı, arabir tutulacağı, əsasən, axşam və gecə bəzi yerlərdə qar
yağacağı ehtimal olunur. Səhər ayrı-ayrı yerlərdə duman
olacaq.
Temperaturun gecə 2-6° şaxta, gündüz 1° şaxtadan 2°-dək isti,
Bakıda gecə 3-5° şaxta, gündüz 0°-yə yaxın olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu, nisbi rütubət
gecə 80-90, gündüz 65-70 faiz təşkil edəcək.
Gecə və səhər yollar buz bağlayacaq.
Naxçıvan Muxtar Respublikasında bəzi yerlərdə zəif
qar yağacağı, duman olacağı gözlənilir.
Temperatur gecə 9-14°, dağlıq ərazilərdə 18° şaxta, gündüz 2°
şaxtadan 3°-dək isti olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd,
Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy
rayonlarında hava, əsasən, yağmursuz keçəcək, ayrı-ayrı
yerlərdə duman olacaq.
Temperaturun gecə 15-20°, gündüz 2-7° şaxta olacağı gözlənilir.
Yollar buz bağlayacaq.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl
rayonlarında hava, əsasən, yağmursuz keçəcək.
Temperaturun gecə 9-14°, gündüz 0-5° şaxta, bəzi yerlərdə 3° isti
olacağı gözlənilir.
Yollar buz bağlayacaq.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı,
Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar
rayonlarında bəzi yerlərdə qar yağacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə duman olacaq.
Temperaturun gecə 8-13°, gündüz 0-5° şaxta, dağlarda gecə 13-18°,
yüksək dağlıq ərazilərdə 20-22° şaxta, gündüz 5-8° şaxta olacağı
gözlənilir.
Yollar buz bağlayacaq.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir,
İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan,
Hacıqabul, Salyan və Neftçala rayonlarında əksər
rayonlarda hava, əsasən, yağmursuz keçəcək. Lakin bəzi şərq
rayonlarında az qar yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə
duman olacaq.
Temperaturun gecə 3-8° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti
olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara
rayonlarında bəzi yerlərdə qar yağacağı ehtimal
olunur.
Temperaturun gecə 3-5° şaxta, gündüz 3° şaxtadan 3°-dək isti,
dağlarda gecə 13-18°, gündüz 3-5° şaxta olacağı gözlənilir.
Yollar buz bağlayacaq.
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO