Azərbaycan televiziyalarının efiri 9 saatlıq bağlanacaq
Bizi izləyin

Qırmızı.az

Azərbaycan televiziyalarının efiri 9 saatlıq bağlanacaq

Oktyabr ayının 13-də Azərbaycanın televiziya efir məkanında növbəti kompleks profilaktika işləri aparılacaq. Bu barədə Publika.az-a "Teleradio" İstehsalat Birliyinin texniki şöbəsinin rəisi Zöhrə Əfəndiyeva məlumat verib.

Onun sözlərinə görə, kompleks profilaktika işləri ilə əlaqədar televiziya və radio yayımı saat 06:00-dan 15:00-dək dayandırılacaq: “Biz vaxtaşırı olaraq adi və kompleks profilaktika tədbirləri görürük. Bu, texniki avadanlıqların saz vəziyyətə salınmasıyla bağlıdır. Hazırda da şirkətlərlə razılaşdırılaraq profilaktika işləri aparacağıq”.

Z. Əfəndiyevanın sözlərinə görə, adi profilaktika hər iki aydan bir şəxsi teleradio kanallarının istəyi ilə keçirilir. Kompleks profilaktikada isə qida mənbələrindən başlayaraq antenalara qədər bütün avadanlığın texniki vəziyyəti yoxlanılır.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm