• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Azərbaycanda yeni dini ədəbiyyatlar nəşr ediləcək

Azərbaycanda yeni dini ədəbiyyatlar nəşr ediləcək

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ölkədə dini maarifləndirmə işinin aparılması məqsədilə ədəbiyyatların nəşr edilməsi ilə bağlı tender elan edib.

Satınalmalar üzrə Dövlət Agentliyindən Trend-ə bildiriblər ki, Azərbaycan Respublikasının Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) təkliflər sorğusu üsulu ilə ölkədə dini maarifləndirmə işinin aparılması məqsədilə bir sıra ədəbiyyatların nəşr edilməsinin satın alınmasını həyata keçirir.

Maraqlanan təşkilatlar (070) 220-63-03 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Təkliflər sorğusunda iştirak etmək üçün sənədlər 3 oktyabr 2014-cü il saat 17:00-dək tarixinədək qəbul olunur.

Belə bir tenderin keçirildiyini Trend-ə DQİDK-nın mətbuat xidmətindən təsdiq ediblər. Bildirilib ki, Dövlət Komitəsi tərəfindən ölkədə dini maarifləndirmə işinin aparılması məqsədilə artıq bir sıra ədəbiyyatlar nəşr edilib və bu işlər bundan sonra davam etdiriləcək.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR